Premyer Liqa: 21-ci tura Sumqayıtda yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti və sonuncu oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” doğma meydanda qalib gəlməklə liderlər qrupundan aralanmamağa çalışacaq. “Araz-Naxçıvan” isə aşağı pillələrdən uzaqlaşmaq üçün səfərdən xal və xallarla dönmək arzusundadır.

Hazırda “Sumqayıt” 39 xalla 5-ci, “Araz-Naxçıvan” isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Bu kollektivlər indiyə qədər Premyer Liqada 3 dəfə üz-üzə gəliblər. Bu oyunlarda məğlubiyyət görməmiş “Sumqayıt” 1 qələbə qazanıb. İki görüşdə isə heç-heçə qeydə alınıb. Bütün oyunlarda eyni sayda – 2 qol vurulub.

Premyer Liqa
28-ci tur
29 mart

“Qəbələ” – “Neftçi” 0:1
Qol: Kilan Lebon, 42.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu. 16:30.

“Kəpəz” – “Qarabağ” 1:6
Qollar: Latir Fall, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 19:00.

30 mart

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: Pedro Nuno, 21 – Fərid Nəbiyev, 45+4-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”. 16:30.

“Sabah” – “Zirə” 0:1
Qol: Ruan Renato, 25.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Masazır Arena”. 19:00.

31 mart

Sumqayıt – Araz Naxçıvan
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: