Premyer Liqa: “Arsenal” “Everton”la bacarmadı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024-cü illər mövsümünün 31-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Vest Hem” – “Bornmut” matçında qalib müəyyənləşməyib. Səfərdə “Everton”la qarşılaşan “Arsenal” da xal itirib. Tərəflər sonda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Kristal Pelas” evdə “Brayton”a, “Aston Villa” isə “Nottingem Forest”ə qalib gəlib. “İpsviç Taun”un qonağı olan “Vulverhempton” da turu qələbə ilə başa vurub.

31-ci turun qalan görüşləri aprelin 6-da və 7-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
31-ci tur
5 aprel

Everton – Arsenal 1:1
Qollar: Ndiaye, 49-pen – Trossard, 34.

Kristal Pelas – Brayton 2:1
Qollar: Mateta, 3. Munos, 55 – Uelbek, 31.

İpsviç Taun – Vulverhempton 1:2
Qollar: Delap, 16 – Sarabia, 72. Larsen, 84.

Vest Hem – Bornmut 2:2
Qollar: Fullkruq, 61. Bouen, 68 – Evanilson, 38.

Aston Villa – Nottingem Forest 2:1
Qollar: Rocers, 13. Malen, 15 – Jota Silva, 57.

6 aprel

17:00. Brentford – Çelsi
17:00. Fulhem – Liverpul
17:00. Tottenhem – Sauthempton
19:30. Maneçster Yunayted – Mançester Siti

7 aprel

23:00. Lester Siti – Nyukasl

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: