Premyer Liqa: “Brentford” Lesterdə 4 cavabsız qola sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Lester Siti” doğma meydanda “Brentford”la qarşılaşıb. Oyun qonaq komandanın asan qələbəsiylə yekunlaşıb.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral

Lester Siti – Brentford 0:4
Qollar: Vissa, 17. Mbeumo, 27. Norqard, 32. Karvalyo, 89.

22 fevral

16:30. Everton – Mançester Yunayted
19:00. Arsenal – Vest Hem
19:00. Bornmut – Vulverhempton
19:00. Fulhem – Kristal Pelas
19:00. İpsviç Taun – Tottenhem
19:00. Sauthempton – Brayton
21:30. Aston Villa – Çelsi

23 fevral

18:00. Nyukasl – Nottingem Forest
20:30. Mançester Siti – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: