Premyer Liqa: “Çelsi” 4 qola sevindi, “Aston Villa” üzüldü

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Brayton” doğma meydanda “Bornmut”a, “Kristal Pelas” isə “Aston Villa”ya qalib gəlib. Üç qolun qeydə alındığı “Vulverhempton” – “Fulhem” görüşündə qonaqlar qələbə qazanıblar. “Çelsi” isə bu dəfə “Sauthempton”la ev oyunundan 4 cavabsız qolla qalib ayrılıb.

27-ci turun qalan görüşləri fevralın son iki gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
27-ci tur
25 fevral

Brayton – Bornmut 2:1
Qollar: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.

Kristal Pelas – Aston Villa 4:1
Qollar: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.

Vulverhempton – Fulhem 1:2
Qollar: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.

Çelsi – Sauthempton 4:0
Qollar: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.

26 fevral

23:30. Brentford – Everton
23:30. Mançester Yunayted – İpsviç Taun
23:30. Nottingem Forest – Arsenal
23:30. Tottenhem – Mançester Siti
00:15. Liverpul – Nyukasl

27 fevral

00:00. Vest Hem – Lester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: