Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Vest Hem” ilə “Lester Siti” komandaları üz-üzə gəliblər. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Beləliklə, hazırda 67 xala malik “Liverpu” vahid lider. “Arsenal” 54 xalla ikinci, “Nottingem Forest” 48 xalla üçüncü pillədə qərarlaşıb. “Mançester Siti” 47, “Çelsi” 46, “Nyukasl” 44, “Bornmut” və “Brayton” 43 xal, “Fulhem” və “Aston Villa” 42, “Brentford” 38, “Kristal Pelas” 36, “Tottenhem” və “Mançester Yunayted” isə 33 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
27-ci tur
25 fevral
Brayton – Bornmut 2:1
Qollar: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.
Kristal Pelas – Aston Villa 4:1
Qollar: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.
Vulverhempton – Fulhem 1:2
Qollar: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.
Çelsi – Sauthempton 4:0
Qollar: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.
26 fevral
Brentford – Everton 1:1
Qollar: Vissa, 45+4 – Obrayn, 77.
Mançester Yunayted – İpsviç Taun 3:2
Qollar: Morsi, 22-öz qapısına. De Liqt, 26. Maquayr, 47 – Filogen, 4; 45+2.
Nottingem Forest – Arsenal 0:0
Tottenhem – Mançester Siti 0:1
Qol: Haland, 12.
Liverpul – Nyukasl 2:0
Qollar: Soboslai, 11. Makallister, 63.
27 fevral
Vest Hem – Lester Siti 2:0
Qollar: Souçek, 21. Vesterqor, 43-öz qapısına.


