Premyer Liqa: “Mançester Siti”dən “Everton”a 2 cavabsız qol

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Kristal Pelas” – “Bornmut” matçında qapılara qol vurulmayıb. “Vest Hem” – “Sauthempton” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Altı qolluq “Brentford” – “Brayton” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Aston Villa” isə “Nyukasl”la ev oyununda darmadağınla qalib gəlib. Səfərdə “Everton”la qarşılaşan son çempion “Mançester Siti” isə turu inamlı qələbəyə sevinib.

Turun qalan görüşləri aprelin 20-də və 21-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
33-cü tur

19 aprel

Brentford – Brayton 4:2
Qollar: Mbeumo, 9; 48. Vissa, 58. Norqard, 90+5 – Uelbek, 45+3. Mitoma, 81.

Kristal Pelas – Bornmut 0:0

Everton – Mançester Siti 0:2
Qollar: O’Rayli, 84. Kovaçiç, 90+2.

Vest Hem – Sauthempton 1:1
Qollar: Bouen, 47 – Uqoçukvu, 90+3.

Aston Villa – Nyukasl 4:1
Qollar: O.Uotkins, 1. Maatsen, 64. Börn, 73-öz qapısına. Onana, 75 – Şer, 18.

20 aprel

17:00. Fulhem – Çelsi
17:00. İpsviç Taun – Arsenal
17:00. Mançester Yunayted – Vulverhempton
19:30. Lester Siti – Liverpul

21 aprel

23:00. Tottenhem – Nottingem Forest

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: