Premyer Liqa: “Mançester Siti”dən mövsümə möhtəşəm start

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Aston Villa” – “Nyukasl” matçında qapılara qol vurulmayıb. “Brayton” – “Fulhem” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sanderlend” doğma meydanda “Vest Hem”i, “Tottenhem” də “Börnli”ni 3 cavabsız qolla məğlub edib. Səfərdə “Vulverhempton”la qarşılaşmış “Mançester Siti” isə mövsümün ilk matçında 3 xalı 4 cavabsız qolla qazanıb.

İlk turun qalan görüşləri avqustun 17-də və 18-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
1-ci tur

15 avqust

Liverpul – Bornmut 4:2
Qollar: Ekitike, 37. Qakpo, 49. Kyeza, 88. Salah, 90+4 – Semenyo, 64; 76.

16 avqust

Aston Villa – Nyukasl 0:0

Brayton – Fulhem 1:1
Qollar: Orayli, 55-pen – R.Munis, 90+6.

Sanderlend – Vest Hem 3:0
Qollar: Mayenda, 61. Ballard, 73. İsidor, 90+2.

Tottenhem – Börnli 3:0
Qollar: Riçarlison, 10; 60. B.Conson, 66.

Vulverhempton – Mançester Siti 0:4
Qollar: Haland, 34; 61. Reynders, 37. Şerki, 81.

17 avqust

17:00. Çelsi – Kristal Pelas
17:00. Nottingem Forest – Brentford
19:30. Mançester Yunayted – Arsenal

18 avqust

23:00. Lids – Everton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: