Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turunun “Bernli” – “Tottenhem” oyunu təxirə salınıb. Arena.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın güclü qar yağışına görə təxirə salındığı diqqətə çatdırılıb. Oyunun nə vaxt keçirilməsinə yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilib.
Bu gün keçirilməli olan “Bernli” – “Tottenhem” oyununa Bakı vaxtı ilə saat 18:00-da start verilməli idi.
Qeyd edək ki, Premyer Liqada bu gün keçirilən digər oyunlardan da bir neçəsi güclü qar yağışı altında keçirilib. Lakin “Brentford” – “Everton” (1:0), “Lester Siti” – “Uotford” (4:2) və “Mançester Siti” – “Vest Hem” (2:1) görüşlərinin təxirə salınmasına ehtiyac duyulmayıb.
Bu günə nəzərdə tutulan “Çelsi” – “Mançester Yunayted” matçı isə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


