Premyer Liqa: Mövsümün ən yaxşısı adına namizədlər bilindi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Mövsümün ən yaxşı futbolçusu adına 8 namizəd var. Namizədlərin siyahısına “Liverpul”dan Vircil van Deyk, Rayan Qravenberx, Məhəmməd Salah, “Nottingem Forest”dən Morqan Gibbs-Uayt, Kris Vud, “Nyukasl”dan Aleksander İsak, “Brentford”dan Brayan Mbeumo, “Arsenal”dan Deklan Rays daxil edilib.

Ən yaxşı futbolçu azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə görə müəyyənləşəcək. Azarkeşlər üçün mayın 19-dək davam edəcək onlayn səsverməyə artıq start verilib.

Mövsümün ən yaxşı oyunçusu adına namizədlər və onların göstəriciləri:

Morqan Gibbs-Vayt (Nottingem Forest) – 32 oyun, 16 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət, 6 qol, 8 məhsuldar ötürmə;

Rayan Qravenberx (Liverpul) – 35 oyun, 25 qələbə, 8 heç-heçə, 2 məğlubiyyət, 4 məhsuldar ötürmə;

Aleksandr İsak (Nyukasl) – 33 oyun, 20 qələbə, 4 heç-heçə, 9 məğlubiyyət, 23 qol, 6 məhsuldar ötürmə;

Brayan Mbeumo (Brentford) – 36 oyun, 16 qələbə, 7 heç-heçə, 13 məğlubiyyət, 18 qol, 7 məhsuldar ötürmə;

Deklan Rays (Arsenal) – 33 oyun, 16 qələbə, 13 heç-heçə, 4 məğlubiyyət, 3 qol, 7 məhsuldar ötürmə;

Məhəmməd Salah (Liverpul) – 36 oyun, 25 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, 28 qol, 18 məhsuldar ötürmə;

Vircil van Deyk (Liverpul) – 36 oyun, 25 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, 3 qol, 1 məhsuldar ötürmə;

Kris Vud (Nottingem Forest) – 34 oyun, 17 qələbə, 8 heç-heçə, 9 məğlubiyyət, 20 qol, 3 məhsuldar ötürmə.

Xatırladaq ki, ötən mövsümün ən yaxşı futbolçusu “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden seçilmişdi.

Premyer Liqanın ən yaxşı məşqçisi adına 5 namizəd

Premyer Liqada cari mövsümün ən yaxşı məşqçisi adına namizədlər də məlumdur. Namizədlər arasında 5 mütəxəssis var:

Tomas Frank (Brentford) – 36 oyun, 16 qələbə, 7 heç-heçə, 13 məğlubiyyət, 63 vurulan qol, 53 buraxılan qol, 55 xalla 8-ci yer;

Eddi Hau (Nyukasl Yunayted) – 36 oyun, 20 qələbə, 6 heç-heçə, 10 məğlubiyyət, 68 vurulan qol, 45 buraxılan qol, 66 xalla 3-cü yer;

Nuno Espirito Santo (Nottingem Forest, 36 oyun, 18 qələbə, 8 heç-heçə, 10 məğlubiyyət, 56 vurulan qol, 44 buraxılan qol, 62 xalla 7-ci yer;

Vitor Pereyra (Vulverhempton, 20 oyun, 10 qələbə, 2 heç-heçə, 8 məğlubiyyət, 27 vurulan qol, 24 buraxılan qol, 41 xalla 14-cü yer;

Arne Slot (Liverpul, 36 oyun, 25 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, 83 vurulan qol, 37 buraxılan qol, 83 xalla 1-ci yer.

Xatırladaq ki, Premyer Liqanın 2023/2024-ci illər mövsümündə bu mükafatı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: