Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.
“Everton” – “Çelsi” və “Fulhem” – “Sauthempton” matçlarında qapılara qol vurulmayıb. “Lester Siti” doğma meydanda “Vulverhempton”a 3 cavabsız qolla uduzub. Uğursuz mövsüm keçirən “Mançester Yunayted” də evdə “Bornmut”a oxşar hesabla məğlub olub.
Turun mərkəzi görüşündə lider “Liverpul” səfərdə “Tottenhem”lə üz-üzə gəlib. 9 qolun qeydə alındığı oyundan qalib ayrılmış “qırmızılar” zirvədəki mövqelərini daha da gücləndiriblər.
Belə ki, hazırda “Liverpul”un 39 xalı var. “Çelsi” 35 xalla ikinci, “Arsenal” 33 xalla üçüçüncü, “Nottingem Forest” 31 xalla dördüncüdür. “Bornmut”la “Aston Villa” 28, “Mançester Siti”, 27, “Nyukasl” 26, “Fulhem” və “Brayton” 25, “Tottenhem” və “Brentford” 23, “Mançester Yunayted” 22 xal toplayıb.
İngiltərə, Premyer Liqa
17-ci tur
21 dekabr
Aston Villa – Mançester Siti 2:1
Qollar: C.Duran, 16. M.Rocers, 65 – Foden, 90+3.
Brentford – Nottingem Forest 0:2
Qollar: Ayna, 38. Elanqa, 51.
İpsviç Taun – Nyukasl 0:4
Qollar: A.İsak, 1; 45+2; 54. Mörfi, 32.
Vest Hem – Brayton 1:1
Qollar: M.Kudus, 58 – Viffer, 51.
Kristal Pelas – Arsenal 1:5
Qollar: Sarr, 11 – Qabriel Jezus, 6; 14. Haverts, 38. Martinelli, 60. Rays, 84.
22 dekabr
Everton – Çelsi 0:0
Fulhem – Sauthempton 0:0
Lester Siti – Vulverhempton 0:3
Qollar: Qedeş, 19. R.Qomes, 36. Kunya, 44.
Mançester Yunayted – Bornmut 0:3
Qollar: Höysen, 29. Kluyvert, 61. Semenyo, 63.
Tottenhem – Liverpul 3:6
Qollar: Meddison, 41. Kuluşevski, 72. Solanke, 83 – L.Dias, 23; 85. Makallister, 36. Soboslai, 45+1. Salah, 54; 61.


