Premyer Liqa: MY uduzdu, “Liverpul”la “Arsenal” sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Fulhem”lə qarşılaşan “Çelsi” əzmkar qələbəyə sevinib. “İpsviç Taun”un qonağı olan “Arsenal” 3 xalı 4 cavabsız qolla qazanıb. “Liverpul” da “Lester Siti” ilə səfər oyunundan tək qolla qalib ayrılıb. Bu nəticə “Sauthempton”un ardından “Lester Siti”nin da Premyer Liqanı tərk etməsini rəsmiləşdirib.

Uğursuz mövsüm keçirən “Mançester Yunayted” isə bu turda “Vulverhempton”a minimal hesabla uduzub.

Tura aprelin 21-də keçiriləcək “Tottenhem” – “Nottingem Forest” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
33-cü tur

19 aprel

Brentford – Brayton 4:2
Qollar: Mbeumo, 9; 48. Vissa, 58. Norqard, 90+5 – Uelbek, 45+3. Mitoma, 81.

Kristal Pelas – Bornmut 0:0

Everton – Mançester Siti 0:2
Qollar: O’Rayli, 84. Kovaçiç, 90+2.

Vest Hem – Sauthempton 1:1
Qollar: Bouen, 47 – Uqoçukvu, 90+3.

Aston Villa – Nyukasl 4:1
Qollar: O.Uotkins, 1. Maatsen, 64. Börn, 73-öz qapısına. Onana, 75 – Şer, 18.

20 aprel

Fulhem – Çelsi 1:2
Qollar: İvobi, 20 – T.Corc, 83. P.Neto, 90+3.

İpsviç Taun – Arsenal 0:4
Qollar: Trossard, 14; 69. Martinelli, 28. Nvaneri, 88.

Mançester Yunayted – Vulverhempton 0:1
Qol: Sarabiya, 77.

Lester Siti – Liverpul 0:1
Qol: Aleksander-Arnold, 76.

21 aprel

23:00. Tottenhem – Nottingem Forest