Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
“Zirə” “Sumqayıt”ı, “Sabah” isə “Neftçi”ni qəbul edib. Avropa Konfrans Liqasına vəsiqə uğrunda həlledici olan bu görüşlərə eyni saatda (18:00) start verilib. Zirədəki görüşü Cavid Cəlilov, Masazırdakı oyunu Kamal Umudlu idarə edib.
Hər iki oyunda qapılara 3 qol vurulub. Həm “Neftçi”, həm də “Zirə” turu qələbə ilə başa vurub. Amma bu nəticələrdən sonra “Neftçi” mövsümün sonuna bir tur qalmış Avropa Konfrans Liqasına sonuncu vəsiqənin sahibinə çevrilib. “Zirə”nin isə avrokuboklara vəsiqə qazana bilməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, daha öncə çempion olmuş “Sabah”ın Azərbaycanı UEFA Çempionlar Liqasında, gümüş medalçı “Qarabağ”ın Avropa Liqasında, bürünc medalçı “Turan Tovuz”un isə Avropa Konfrans Liqasında təmsil edəcəyi dəqiqləşmişdi.
32-ci turun daha əvvək keçirilmiş oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə (2:0), “Şamaxı” “Turan Tovuz”a (3:2), “Qarabağ” “İmişli”yə (3:0) qalib gəlmişdi. “Karvan” isə “Qəbələ”yə uduzmuşdu – 1:2.
Premyer Liqa
32-ci tur
17 may
“Zirə” – “Sumqayıt” 2:1
Qollar: Ruan Renato, 19-pen; 90+8-pen – Aleksandr Ramalinqom, 45.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu. 18:00.
Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 7. Rövlan Muradov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 9. Davit Volkov, 93. Brahim Konate, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo.
Məşqçi: Veliçko Kaplanoviç.
“Sabah” – “Neftçi” 1:2
Qollar: Aleksey İsayev, 3 – Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”. 18:00.
Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyamski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.


