Premyer Liqa: “Qarabağ” 2024-cü ildə ilk matça çıxır

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Qəbələ” və “Sumqayıt” komandaları arasında keçiriləcək. Hazırda 14 xalla çempionatın aşkar autsayderi olan Qəbələnin eyniadlı təmsilçisi 2024-cü ilə uğurlu start verməyə çalışacaq. “Sumqayıt” isə 27 xalla 4-cü sırada qərarlaşıb və qələbə sayəsində hətta 2-ci pillədəki “Zirə”yə çata bilər.

“Qəbələ” və “Sumqayıt” indiyə qədər 45 oyunda üz-üzə gəliblər. “Qəbələ”nin 25 qələbəsi qarşılığında “Sumqayıt” cəmi 6 dəfə uğur qazana bilib. 14 oyunda isə heç-heçə qeydə alınıb. “Sumqayıt” son iki oyunda uduzmayıb. “Qəbələ” evdəki son 8 matçda qol vurub.

Nəhayət, 2024-cü ilin ilk turunun qapanış matçında son çempion, cari mövsümün qış çempionu “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 41 xalla zirvədə qərarlaşmış Ağdam təmsilçisi yeni ilə qələbəylə başlasa, əsas izləyicilərindən bir qədər də uzaqlaşacaq. Ortabablardan olan Naxçıvan təmsilçisi isə iddialı rəqibindən xal almağa çalışacaq.

Bu komandalar indiyə qədər 6 dəfə üz-üzə gəliblər və heç vaxt heç-heçəyə razılaşmayıblar. Əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlib – hərəyə 3 qələbə. “Qarabağ” bütün matçlarda qol vurub.

Premyer Liqa
19-cu tur
21 yanvar

“Sabah” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.

22 yanvar

“Səbail” – “Zirə” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00.

“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar: Şakir Seyidov, 25. Martins Junior, 71 – Ayxan Quseynov, 4.
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 17:30.

23 yanvar

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 16:30.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: