Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Fulhem” doğma meydanda “Brayton”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Turun qapanış matçında “Bornmut” “Tottenhem”i qəbul edib. London təmsilçisi səfər oyununda buraxdığı erkən qol nəticəsində bu turu məğlubiyyətlə başa vurub.
Beləliklə, 14 turdan sonra 35 xala malik “Liverpul” vahid liderdir. “Çelsi” və “Arsenal”ın 28, 4-cü olan son çempion “Mançester Siti”nin 26, 5-ci sıradakı “Brayton”un 23 xalı var. “Fulhem”, “Nottingem Forest” və “Aston Villa” 22, “Bornmut” 21, “Tottenhem”, “Brentford” və “Nyukasl” 20 , “Mançester Yunayted” 19 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
14-cü tur
3 dekabr
İpsviç Taun – Kristal Pelas 0:1
Qol: Mateta, 59.
Lester Siti – Vest Hem 3:1
Qollar: Vardi, 2. El Xannus, 61. Daka, 90 – Fullkruq, 90+3.
4 dekabr
Everton – Vulverhempton 4:0
Qollar: E.Yanq, 10. Manqala, 33. Douson, 49-öz qapısına; 72-öz qapısına.
Mançester Siti – Nottingem Forest 3:0
Qollar: B.Silva, 8. De Bröyne, 31. Doku, 57.
Nyukasl – Liverpul 3:3
Qollar: A.İsak, 35. Qordon, 62. Şer, 90 – Cons, 50. Salah, 68; 83.
Sauthempton – Çelsi 1:5
Qollar: Aribo, 11 – Disasi, 7. Nkunku, 17. Madueke, 34. Palmer, 76. Sanço, 87.
Arsenal – Mançester Yunayted 2:0
Qollar: Timber, 54. Saliba, 73.
Aston Villa – Brentford 3:1
Qollar: Rocers, 21. Uotkins, 28-pen. Keş, 34.
5 dekabr
Fulhem – Brayton 3:1
Qollar: İvobi, 4; 87. O’Rayli, 79-öz qapısına – Baleba, 56.
Bornmut – Tottenhem 1:0
Qol: Höysen, 17.


