Premyer Liqa: “Zirə”dən “Sumqayıt” üzərində inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Turun qapanış matçında “Zirə” “Sumqayıt”ı sınağa çəkib. Rauf Cabbarovun idarə etdiyi oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, Premyer Liqanın yarış cədvəlində “Zirə” 61 xalla ikinci, “Sumqayıt” isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Premyer Liqa
31-ci tur

20 aprel

“Zirə” – “Sumqayıt” 3:1
Qollar: Georgi Papunaşvili, 6. Martins Junior, 45+1. Salifu Suma, 89 – Bobur Abduholikov, 52.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 18. Martins Junior, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Xəbəri sosial şəbəkələrdə paylaş: