Premyer Liqada çempionluğun taleyi son tura qaldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Çempionluq yarışında lider “Mançester Siti”nin əsas izləyicisi və rəqibi olan “Liverpul” bu turda “Sauthempton”la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, qonaqlar bu oyundan əzmkar qələbə ilə ayrılıblar. Bununla da Premyer Liqada çempionluğun taleyi son tura qalıb.

Qeyd edək ki, həlledici turun oyunları mayın 22-də keçiriləcək. Həmin gün lider “Mançester Siti” evdə “Aston Villa” ilə üz-üzə gələcəksə, “Liverpul” da “Vulverhempton”u qəbul edəcək.

İngiltərə Premyer Liqası
37-ci tur

15 may

Tottenhem – Bernli 1:0
Qol: H.Keyn, 45+8-pen.

Aston Villa – Kristal Pelas 1:1
Qol: Uotkins, 69 – Şlupp, 81.

Vest Hem – Mançester Siti 2:2
Qol: Bouen 24; 45 – Qriliş, 49. Çoufal, 69-öz qapısına.

Vulverhempton – Norviç Siti 1:1
Qol: Nuri, 55 – Pukki, 37.

Lids – Brayton 1:1
Qol: Struyjik, 90+2 – Uelbek, 21.

Uotford – Lester Siti 1:5
Qol: J.Pedro, 6 – Meddison, 18. Vardi, 22; 70. Barnes, 46; 86.

Everton – Brentford 2:3
Qol: Levin, 10. Riçarlison, 45+2-pen – Koleman, 37-öz qapısına. Vissa, 62. Henri, 64.

16 may

Nyukasl – Arsenal 2:0
Qol: Uayt, 55-öz qapısına. Gimaraeş, 85.

17 may

Sauthempton – Liverpul 1:2
Qol: Redmond, 13 – Minamino, 27. Matip, 67.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: