Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu turla bağlı maraqlı bir qərar verib.
Məlum olduğu kimi, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın 10-cu turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.
“Zəfər” turunun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
10-cu tur
6 noyabr
“Sabah” – “Zirə”
Masazır. “Bank Respublika Arena”, 15:00.
“Keşlə” – “Neftçi”
Bakı. “ASK Arena”, 19:00.
7 noyabr
“Səbail” – “Qəbələ”
Bakı. “ASCO Arena”, 15:00.
“Sumqayıt” – “Qarabağ”
Sumqayıt. “Kapital Bank Arena”, 19:30.


