Pyotr Zelinski: “Liverpul” mənim üçün şəxsi təyyarə göndərmişdi”

“İnter”in polyak yarımmüdafiəçisi Pyotr Zelinski “Liverpul”un alman keçmiş baş məşqçisi Yurgen Klopla görüşündən söhbət açıb.

Arena.az xatırladır ki, Zelinski “Udineze”də çıxış etdiyi zaman “qırmızılar”ın maraq dairəsində olub.

“Yurgen Klopp məni evinə dəvət etmişdi. “Liverpul” məni satın almaq üçün şəxsi təyyarə göndərdi. Mən vəsvəsəyə düşdüm, çünki bu cür nəqliyyatda ilk dəfə idi ki, səyahət edirdim. Yerə enəndə Klopu görməyə getmək üçün avtobusa mindik. Bura evcik idi, orada onun hər şeyi vardı.

Söhbət əla keçdi. Klopp mənə dedi ki, mənim, Sesk Fabreqas və İlkay Gündoğanın vəhdətindən ibarət bir futbolçu olduğumu düşünür. Mən heç nə başa düşmədim, amma agentim almanca danışırdı və mənə hər şeyi danışdı. Biz ayrılanda mən Klopla şəkil də çəkdirə bildim.

Onlar mənim müqabilimdə 18,5 milyon avro məbləğ təklif etmişdilər, amma “Udineze” daha artığını istəyirdi. Ancaq “Liverpul mənim üçün müəyyən hüdudu aşa bilmədi, çünki mən hələ yüksək səviyyəli oyunçu deyildim. Sikkənin digər tərəfi də ondan ibarətdir ki, mən də özümü belə hiss etmirdim.

Düşünmürəm ki, “Liverpul” forması ilə çəkilmiş şəklim heç bir təsir bağışlamadı. Bu, böyük qalmaqal deyildi. Mən gənc idim, axmaq və cahil idim, bunun sonu isə belə də oldu. Amma bunun keçidə heç bir təsiri olmadı”.

Pyotr Zelinski “İnter”ə 2024-cü ilin iyulunda “Napoli”dən azad agent qismində keçib. Polyak futbolçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zelinski “İnter”nin heyətində bütün yarışlarda 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Zelinski karyerası ərzində “Udineze” və “Empoli”də də çıxış edib.
Pyotr Zelinski 2013-cü ilin iyun ayında debüt etdiyi Polşa yığmasının heyətində meydana çıxdığı 96 oyunda 13 qol vurub, 15 məhsuldar ötürmə verib.

Pyotr Zelinskinin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya A Seriyası çempionluğu (2022/2023) və İtaliya Kuboku (2019/2020) var. Həmçinin Zelinski 2023-cü ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı polyak mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: