“Qəbələ” “Araz-Naxçıvan”la matça tam heyətlə çıxacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının 27-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan”la səfər oyununa hazırlığı yekunlaşdırıb.

Arena.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıblar.

Xatırladaq ki, sabah – martın 16-da Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasına saat 18:30-da start veriləcək. 26 turdan sonra Qəbələnin eyniadlı təmsilçisi 15 xalla sonuncu, Naxçıvan təmsilçisi isə 31 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: