“Qəbələ” mövsümün ilk matçına 3 itki ilə çıxacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk turunun “Sabah”la səfər oyununun hazırlıq prosesini başa vurub.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Bakıda keçiriləcək qarşılaşmada əyalət təmsilçisinin üç futbolçusu iştirak etməyəcək.

Bərpa prosesi keçən Asif Məmmədov, Zurab Oçiqava və Fares Abu Akel “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Bu oyunçular zədədən sonra bərpa prosesini davam etdirirlər.

Xatırladaq ki, bu gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmasına saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: