Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünün 3-cü turundan təxirə salınmış “İstanbulspor” – “Qalatasaray” oyunu baş tutub.
Arena.az xəbər verir ki, İstanbul təmsilçiləri bu gün Necmi Kadıoğlu adına stadionda üz-üzə gəliblər.
Qarşılaşma son çempionun qələbəsiylə yekunlaşıb. “Sarı-qırmızılar” səfərdə tək qolla 3 vacib xala seviniblər. Bu, qələbəyə həsrət “İstanbulspor”un ardıcıl üçüncü məğlubiyyətidir. Sözügedən komanda ilk iki turda qazandığı 2 xal sayəsində 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb. “Qalatasaray” isə ardıcıl 5 qələbədən sonra 16 xalla zirvəyə yüksəlib. Cari çempion mövsümə heç-heçə ilə başlamışdı.
Qarşıdakı günlərdə daha iki belə təxirə salınmış qarşılaşma baş tutacaq. Sabah “Beşiktaş” səfərdə Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də heyətində yer aldığı “Adana Dəmirspor”un qonağı olacaq. Sentyabrın 28-də isə “Fənərbaxça” – “Başakşəhər” görüşü baş tutacaq.
Türkiyə Super Liqası
3-cü turun oyunları
26 sentyabr
İstanbulspor – Qalatasaray 0:1
Qol: İkardi, 42.
27 sentyabr
21:00. Adana Dəmirspor – Beşiktaş
28 sentyabr
21:00. Fənərbaxça – Başakşəhər


