“Qalatasaray” Davinson Sançes uğrunda mübarizəyə qoşuldu

“Qalatasaray” Kolumbiya yığmasının və “Tottenhem”in 27 yaşlı mərkəz müdafiəçisi Davinson Sançeslə maraqlanır.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Qalatasaray” “Tottenhem”ə şifahi təklif ünvanlayıb. Türkiyə nəhənginin təxminən 9 milyon avro təklif etdiyi bildirilir. 27 yaşlı müdafiəçi ilə daha bir neçə komanda maraqlanır. “Tottenhem” Sançeslə yollarını ayırmağa hazırdır.

Sançes “mahmızlar”ın əsas heyətində nadir hallarda yer alması ilə diqqət çəkir. Karyerasını davam etdirmək üçün klub seçmi ilə bağlı yekun qərar Sançesin öz ixtiyarındadır.

Geridə qalmış 2022/2023 mövsümündə Sançes “Tottenhem”in heyətində 24 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bu oyunların 10-da Sançes meydana sonradan, əvəzedici kimi çıxıb.
Sançesin “Tottenhem”lə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Sançesi 15 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Sançesin transferi ilə bağlı Moskva “Spartak”ının “Tottenhem”lə danışıqlar apardığı haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: