Qara Qarayev “Qarabağ” ilə yeni müqavilə imzaladı

“Qarabağ” yarımmüdafiəçisi Qara Qarayev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ”ın öz yetirməsidir. O, 2008-ci ilin bu klubun əsas komandasında forma geyinir. Azərbaycan millisinin də üzvü olan futbolçu Ağdam klubunun heyətində 300-dən çox oyun keçirib. O, “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

“Qarabağ” daha öncə Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə yeni müqavilə imzalandığını açıqlamışdı.