Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qarabağ” – “Araz-Naxçıvan” matçının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verirki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər saat 14:00-dan iticket.az-da satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
“Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.


