“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi çalışan Qari Nevill maraqlı təhlili ilə diqqət çəkib.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, ingilis təhlilçi “Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopla “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiolanı müqayisə edib:
“Kloppun oyun tərzi mənim futbola baxışımla daha uyğundur. “Pep” zirvədir və onun “Barselona”da, “Bayern”də və indi “Mançester Siti”də yaratdıqları tamamilə inanılmazdır. Amma Klopp genişmiqyaslı şəxsiyyətdir, xasiyyət nəhəngidir və təkcə oyunçularla deyil, həm də şəhər və azarkeşlərlə ortaq dil tapan biridir.
Mənə görə, böyük idarəçi məhz bunu etməlidir. Onlar sadəcə böyük futbol oynamaqdan daha çox şey edirlər. Onlar sadəcə futbol oyunlarında qalib gəlməkdən daha çox şey edirlər. Onlar kubok qazanmaqdan daha çox şey edirlər. Onlar insanların həyatına təsir edirlər – günbəgün, həftəbəhəftə”, deyə Qari Nevill vurğulayıb.


