“Qaziantep” üçün 2 oyunluq baş məşqçi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” klubu əsas komandanın baş məşqçisi İsmet Taşdemirlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, Super Liqanın 2025/2026-cı illər mövsümündəki ilk baş məşqçi istefası olub.

Qeyd edək ki, “Qaziantep” yeni mövsümdə iki oyuna çıxıb. Komanda bu oyunlarda həm “Qalatasaray”a, həm də “Konyaspor”a 0:3 hesabı ilə uduzub.

Maraqlıdır ki, İsmet Taşdemir bu ilin iyul ayında sözügedən komandaya baş məşqçi təyin edilmişdi. Super Liqa klubu onun işinə cəmi 2 oyuna görə qiymət verərək postundan uzaqlaşdırıb.

İsmet Taşdemir daha öncə “Bodrumspor”, “Osmanlıspor”, “Samsunspor”, “Ümraniyəspor”, “Altay”, “Ankaragücü”, “Körfez”, “Diyarbəkir BB” və “Türk Telekomspor” komandalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: