Rafael Leao – “Milan”ın ən çox qazanan futbolçusu!

İtaliyanın “Milan” klubunun portuqaliyalı sol cinah vingeri Rafael Leao “rossoneri”nin ən çox maaş alan futbolçusudur.

Arena.az xəbər verir ki, bu barədə İtaliyanın “Calcio e Finanza” nəşri məlumat yayıb.

Belə ki, nəşr “Milan” futbolçularının maaşları ilə bağlı məlumat dərc edib. Siyahıda Leao Milan təmsilçisinin ən ödənişli futbolçusu kimi göstərilib. Portuqaliyalı hücumçu mövsümə təxminən 5 milyon avro qazanır.

Maraqlıdır ki, Milan klubunun beş futbolçusu ildə 4 milyon avro qazanır. Ümumilikdə, “rossoneri” vergilərin çıxılmasına qədər ildə 89,9 milyon avro xərcləyir.

“Milan”ın ən çox maaş alan futbolçularının onluğunu təqdim edirik:

  1. Rafael Leao – 5 milyon avro (maaş məbləği vergilərin ödənilməsindən sonra qeyd edilib);
  2. Kristian Pulişiç – 4 milyon avro;
  3. Ruben Loftus-Çik – 4 milyon avro;
  4. Teo Ernandes – 4 milyon avro;
  5. İsmael Bennaser – 4 milyon avro;
  6. Samuel Çukveze – 4 milyon avro;
  7. Olivye Jiru – 3,5 milyon avro;
  8. Fikayo Tomori – 3,5 milyon avro;
  9. Alessandro Florensi – 3 milyon avro;
  10. Mayk Menyan – 2,8 milyon avro;

Xatıladaq ki, daha əvvəl müvafiq dərgi “Yuventus”un futbolçularının gəlirlərini açıqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: