Rafael Quzzo rəsmən “Neftçi”də – Video

Portuqaliyanın “Şaveş” klubunun mərkəz yarımmüdafiəçisi Rafael Quzzo bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, portuqaliyalı yarımmüdafiəçi artıq “Neftçi” ailəsinin üzvüdür. 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Quzzo yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameyilli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacarır. O, Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub.

“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan”, “Vizela” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında (“Reus”, ) və Braziliya A Seriyasında (“Qoyas”) da oynayıb.

Quzzo “Neftçi”nin bu yay heyətinə qatdığı 7-ci yeni futbolçudur. Paytaxt klubu daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı) və Andrey Ştoqrini (“Çernomorets”, Ukrayna) heyətinə qatmışdı. “Ağ-qaralar” “Sabah”ın qapıçısı Rüstəm Samiqullini də mövsümün sonuna kimi icarəyə götürüblər.

“Neftçi”ni bu yay tərk edənlər də olub. Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç, Dieqo Valdes komandadan ayrılıblar. İsmayıl Zülfüqarlı isə ötən mövsüm olduğu kimi, yenə “Turan Tovuz”a icarəyə verilib. Amma İsmayıl Zülfüqarlı icarəyə verilməzdən öncə paytaxt klubu ilə yeni müqaviləyə də imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: