Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində “Sivasspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1. Hataylılar 17-ci dəqiqədə məğlub duruma düşsələr də, 75-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.
Dadaşov bu oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 26 turdan sonra 29 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 26 oyunda 6 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 22 oyun keçirib və 4 qol vurub.


