Renat Dadaşov üçün bir hissə, bir assist və bir “sarı”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 32-ci turu çərçivəsində “Servett”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 2:3.

Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib. Əvəzində o, komandasının 7-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini verib. 39-cu dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.

“Qrasshopper” hazırda 40 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 30 oyuna 8 qol, 3 məhsuldar ötürmə və 9 sarı vərəqə var.

Xəbəri sosial şəbəkələrdə paylaş: