Reper Jay-Z “Tottenhem”i alır – 2 milyard funt-sterlinqə!

Amerikalı rep ifaçısı Jay-Z İngiltərənin “Tottenhem” klubunu almağa hazır olan investorlar qrupuna rəhbərlik edə bilər.

Arena.az bu barədə “Goal” portalına istinadən xəbər verir.

“Tottenhem”in hazırkı sahibi Co Lyuis ABŞ-da fırıldaqçılıq və insayder ticarəti ittihamlarına görə hazırda mühakimə olunur. Bu, onu ingilis klubunu satmağa məcbur edə bilər.

Jay-Z Avropa futbolu ilə maraqlanır və digər amerikalılardan nümunə götürərək, Premyer Liqa klubunu satın almağı düşünür. Eyni zamanda, reper həm də “Bruklin Nets” NBA klubunun ortaq sahibidir. “Tottenhem”in səhmlərinə sahib olmaq üçün gərək olan müqavilənin məbləğinin 2 milyard funt-sterlinq ola biləcəyi təxmin edilir.

“Tottenhem” geridə qalmış 2022/2023 mövsümünü Premyer Liqada 60 xalla 8-ci pillədə başa vurub. “Mahmızlar” son 14 ildə ilk dəfə avrokuboklarda oynamayacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: