Futbol üzrə Braziliya yığmasının hücumçusu Riçarlison İngiltərədə klubunu dəyişib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “Everton”dan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Tottenhem”ə keçib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
“Tottenhem” Braziliya millisinin üzvü üçün qarşı tərəfə təxminən 70 milyon avro ödəyəcək.
Riçarlison “Everton”a 2018-ci ildə “Uotford”dan transfer olunmuşdu. Hücumçu ötən mövsüm bu komandanın heyətində 33 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, London klubunda keçirdiyi 4 mövsüm ərzində 152 matça çıxıb, 53 qola imza atıb. Milli üzvü “Everton” və “Uotford”dan öncə “Amerika Mineyro” və “Fluminense” klublarının uğurları üçün çalışıb. Braziliya yığmasında 36 oyuna çıxan futbolçu, 14 qol vurub.


