Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış matçında “Milan” doğma meydanda autsayder “Salernitana”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Lider “Napoli” bu turda “Atalanta” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi görüşü Romada keçirilib. Son çempion “İnter” burada şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Milan təmsilçisi səfərdə darmadağına sevinib.
“Yuventus” evdə “Cenoa”nı sınağa çəkəcək. “Latsio” isə səfərdə “Sampdoriya” ilə qarşılaşacaq. Tura dekabrın 6-da keçiriləcək iki oyunla yekun vurulacaq.
İtaliya A Seriyası
16-cı tur
4 dekabr
Milan – Salernitana 2:0
Qol: Kessye, 5. Salemakers, 18.
Roma – İnter 0:3
Qol: H.Çalhanoğlu, 15. Dzeko, 24. Dumfris, 39.
Napoli – Atalanta 2:3
Qol: Zelinski, 40. Mertens, 47 – Malinovski, 7. M.Demiral, 66. Freuler, 71.
5 dekabr
15:30. Bolonya – Fiorentina
18:00. Venetsiya – Verona
18:00. Spetsiya – Sassuolo
21:00. Sampdoriya – Latsio
23:45. Yuventus – Cenoa
6 dekabr
21:30. Empoli – Udineze
23:45. Kalyari – Torino


