“Roma” uduzdu, “Yuventus” və “Milan” heç-heçəyə razılaşdı

Futbol üzrə İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.

Lider “Roma” səfərdə “Verona”nın müqavimətini qırmağa çalışıb. Lakin paytaxt təmsilçisi beş qolluq bu görüşdən məğlubiyyətlə ayrılıb.

Turun mərkəzi görüşü Turində oynanılıb. Mövsümə uğursuz start verən “Yuventus” bu turda “Milan”ı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Empoli” doğma meydanda “Sampdoriya”ya böyük hesabla uduzub. “Venetsiya” – “Spetsiya” matçı da qonaqların qələbəsiylə yekunlaşıb. Dörd qolun qeydə alındığı “Latsio” – “Kalyari” görüşü isə heç-heçə bitib.

İtaliya A Seriyası
4-cü tur
17 sentyabr

Sassuolo – Torino 0:1
Qol: Pyaça, 83.

18 sentyabr

Cenoa – Fiorentina 1:2
Qol: Krişito, 90+8-pen – Saponara, 60. Bonaventura, 89.

İnter – Bolonya 6:1
Qol: L.Martines, 6. Şkrinyar, 30. Barelya, 34. Vesino, 54. Dzeko, 63; 68. Teat, 86.

Salernitana – Atalanta 0:1
Qol: Sapata, 75.

19 sentyabr

Empoli – Sampdoriya 0:3
Qol: Kaputo, 31; 52. Kandreva, 70.

Venetsiya – Spetsiya 1:2
Qol: Çekkaroni, 59 – Bastoni, 13. Burabiya, 90+4.

Verona – Roma 3:2
Qol: Barak, 49. Kaprari, 54. Faraoni, 63 – Pelleqrini, 36. İliç, 58-öz qapısına.

Latsio – Kalyari 2:2
Qol: İmmobile, 45. Kataldi, 83 – J.Pedro, 46. Balde, 62.

Yuventus – Milan 1:1
Qol: Morata, 4 – Rebiç, 76.

20 sentyabr

22:45 Udineze – Napoli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: