“Səbail” “Neftçi”nin futbolçusunu heyətinə qatdı

Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Emin Zamanovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Neftçi”nin ikinci komandasından transfer edilmiş oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi bu yay məhz “Neftçi”nin ikinci komandasından ayrılan Mahmud Qurbanovdur. Emin Zamanov da “Neftçi-2”-də bu mütəxəssisin rəhbərliyi altında oynadığından, ona yaxşı tanışdır.

Emin Zamanov 2020-ci ilin yayından, elə Mahmud Qurbanov bu komandaya rəhbərlik etməyə başlayandan “Neftçi”də çıxış edirdi. 24 yaşlı futbolçu daha öncə “Kəpəz” və “Turan”da, həmçinin “Şamaxı”nın aşağı yaş qruplarında forma geyinib.

“Səbail” daha öncə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emil Martinov, Qoba Zakpa və Luvaqa Kizitonu da transfer etmişdi. Paytaxt klubunda Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə də yeni müqavilələr imzalanıb. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyev komandadan ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: