“Sabah”ın qapıçısı Səlahət Ağayev futbol üzrə Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Təcrübəli qapıçının yubileyi Premyer Liqanın 8-ci turunun “Sabah” – “Sumqayt” matçına (3:0) təsadüf edib.
“Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb.
Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub. Daha öncə bu səddi aşan qapıçıların siyahısı belədir:
- Fərhad Vəliyev – 282
- Rauf Mehdiyev – 271
- Cahangir Həsənzadə – 268
- Anar Nəzirov – 260
- Nizami Sadıqov – 247
- Kamran Ağayev – 235
- Hüseyn Məhəmmədov – 227
- Nadir Şükürov – 219
- Elxan Həsənov – 203
- Səlahət Ağayev – 200


