Səlahət Ağayev rəsmən “Sabah”da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “Neftçi”dən ayrılan Səlahət Ağayev bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.

Təcrübəli qapıçı ilə 1 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Səlahət karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi” (2017-2021) klublarında çıxış edib. O, 19 oyunda Azərbaycanın əsas millisinin şərəfini qoruyub.

“Sabah” daha öncə “Zirə”dən ayrılan Elvin Camalovu da heyətinə qatmışdı.