Səlahət Ağayev yenidən “Qəbələ”də!

Son klubu “Səbail” olan Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev bundan sonra yenidən “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Son klubu “Səbail” olan Ağayev 2022-2023-cü illər mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, bu komandada 34 oyun keçirib. Qolkiper Premyer Liqada 30, ölkə kubokunda 2, avrokuboklarda 2 matça çıxıb.

Qapıçı karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” buna qədər qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ürfan İsmayılovu da heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: