“Sabah” “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, sözügedən komandalar iyulun 3-də Qəbələ şəhər stadionunda qarşılaşacaqlar.

Bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb. Matça saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Sabah” iyulun 6-da toplanışın 2-ci mərhələsi üçün Avstriyaya yollanacaq. Komanda orada Yunanıstan “Olimpiakos”u ilə yoxlama oyunu keçirəcək. Görüş iyulun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

“Sabah” Avstriyada bundan başqa daha 2 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Murad Musayevin çalışdırdığı kollektiv iyulun 20-də vətənə qayıdacaq.

“Qəbələ” isə iyulun 8-nə qədər Qəbələdə hazırlıq keçəcək. “Qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.

Həm “Qəbələ”, həm də “Sabah” bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: