Şahruddin “Qalatasaray”la matçda 3 qola üzüldü – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 15-ci tur çərçivəsində səfərdə son çempion “Qalatasaray”la qarşılaşıb.

Dörd qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.

Məhəmmədəliyev bu görüşə start heyətdə çıxıb və sonadək oynayıb. 22 və 29-cu dəqiqələrdə qol buraxan “Şah”ı son olaraq 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mauro İkardi cəzalandırıb. Adana təmsilçisi də yeganə qolunu 45+4-cü dəqiqədə penaltidən vurub.

“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 23 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “Qalatasaray” isə 40 xalla birincidir.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 3 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: