Futbol üzrə Misir yığmasının və “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Arena.az bu barədə “Al-Riyadiah” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Əl-İttihad” Salahla onun transferi ilə bağlı ciddi danışıqlara başlayıb.
“Əl-İttihad”ın Salaha 180 milyon avro təklif etdiyi və həmçinin misirli hücumçunun müqaviləsini 70 milyon avroya almağa hazır olduğu vurğulanır.
Daha əvvəl misirli ulduzla PSJ-nin maraqlandığı bildirilirdi.
Geridə qalmış 2022/2023 mövsümündə Salah “Liverpulun heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ötürmə verib.
Salah 2011-ci ilin sentyabrında debüt etdiyi Misir yığmasının heyətində 88 oyuna çıxıb, 49 qol vurub.
Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.


