“Liverpul”un hücumçusu Məhəmməd Salahın agenti Rami Abbas futbolçunun klubu tərk edə biləcəyi ilə bağlı yayılmış xəbərləri cavablayıb.
Arena.az xəbər verir ki, Rami Abbas bu barədə sosial şəbəkələrin birində məlumat verib:
“Bu il “Liverpul”dan ayrılmağı düşünsəydik, keçən yay müqaviləni yeniləməzdik. Məhəmməd “Liverpul”a sadiqdir”, – Abbas yazıb.
Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun misirli ulduza 180 milyon avroluq müqavilə təklif etdiyi bildirilirdi.
Geridə qalmış 2022/2023 mövsümündə Salah “Liverpulun heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ötürmə verib.
Salah 2011-ci ilin sentyabrında debüt etdiyi Misir yığmasının heyətində 88 oyuna çıxıb, 49 qol vurub.
Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.


