“Şamaxı” “Cəbrayıl”a da 4 cababsız qolla qalib gəldi

Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Şamaxı” komandası bu gün daha bir yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, elita təmsilçisi ötən mövsümü İkinci Liqada keçirmiş “Cəbrayıl”la qarşılaşıb.

Yay təlim-məşq toplanışını davam etdirən komanda üçüncü yoxlama oyununda darmadağına sevinib. Şamaxı şəhər stadionunda baş tutan oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Əyalət təmsilçisinin heyətində Conatan Benteke dublla yadda qalıb. Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqləniblər.

Xatırladaq ki, “Şamaxı” yay təlim-məşq toplanışındakı ilk iki yoxlama oyununda “Kəpəz”ə 2:1, “Pelikan”a isə 5:0 hesabı ilə qalib gəlmişdi.

Yenidən Premyer Liqaya qayıdan şamaxılıları Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün açılış turunda “Sabah”la oyun gözləyir. Avqustun 4-də Şamaxıda keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: