Samir Abdullayev “Səbail”lə yeni müqavilə bağladı – Rəsmi

2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Səbail” yarımmüdafiəçisi Samir Abdullayev ilə bağlı yekun qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti artırılıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, yarımmüdafiəçi növbəti mövsümdə də paytaxt klubunun formasını geyinəcək. Onunla müqavilənin müddəti 2024-cü ilin yayına qədər artırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti ötən ayın 30-da bitmişdi.

Xatırladaq ki, Samir Abdullayev 2022-ci ilin avqust ayından “Səbail”də çıxış edir. O, bu komandada 23 oyuna çıxıb, amma məhsuldar göstəricisi yoxdur. Yarımmüdafiəçi əvvəllər “Şamaxı”da da oynayıb. Gənc futbolçu həm də Azərbaycanın U-21 yığmasının üzvüdür.

“Səbail”də daha öncə Vüqar Həsənov və Cabir Əmirli ilə də yeni müqavilə imzalanmışdı. Paytaxt klubu Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi , Pana və Pedro Nuno kimi futbolçuları da heyətinə qatıb.

Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: