“Sauthempton” “Nyukasl”a ilk oyunda uduzdu – Liqa Kubokunda

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sauthempton” doğma meydanda “Nyukasl” ilə qarşılaşıb. Bu komandaların ilk görüşü qonaqların qələbəsiylə yekunlaşıb.

Digər yarımfinal görüşündə “Nottingem Forest” və “Mançester Yunayted” komandaları üz-üzə gələcəklər.

İngiltərə Liqa Kubokunda yarımfinal görüşləri iki oyundan ibarətdir. Cavab qarşılaşmaları 1-2 fevralda baş tutacaq.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
24 yanvar

Sauthempton – Nyukasl 0:1
Qol: Joelinton, 73.

25 yanvar

00:00. Nottingem Forest – Mançester Yunayted