Slot: “Nyukasl” üzərində qələbə oyunçularımın böyük xidmətidir”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 27-ci turunun “Nyukasl”la ev oyununda qələbəni (2:0) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məndə daha çox təəssürat doğurmuş məqam, bu oyunun son 15 gün ərzində beşinci oyunumuz olduğu idi. Əvvəlki dördü isə heç də asan deyildi. Beləliklə, “Everton”la oyun (2:2), biz hamımız bilirik ki, bu, hər iki komanda üçün necə duyğusal bir oyun idi, elə bizim üçün də. Ardınca “Vulverhempton” (2:1), sonra isə iki çətin səfər oyunu – “Aston Villa” (2:2) və “Mançester Siti” (2:0) ilə. Bu gün, “Nyukasl” kimi yaxşı komandaya az qala uduza biləcəyimiz oyunda bizim nümayiş etdirdiyimiz – bu, məhz mənim oyunçularımın böyük xidmətidir, həmçinin bu beş oyunu 15 gündə necə keçirdikləri…”, deyə Arne Slot məmnunluqla vurğulayıb.

28 oyundan 67 xal toplamış “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. “Nyukasl” isə 27 oyundan 44 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: