“Liverpul”un keçmiş yarımmüdafiəçisi, ingilis mütəxəssis Stiven Cerrard məşqçilik fəaliyyətinə mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.
Arena.az “Liverpool Echo” dərgisinə istinadən, ingilis mütəxəssisin müvafiq cavabını təqdim edir:
“İstəmirəm, yox. Mən, azad bir surətdə yuxudan oynamağıma, öz işlərimlə məşğul olmağıma və ümumiyyətlə əsəbin nə demək olduğunu bilmədiyimə şadam. Nə vaxtsa mən qayıdacağam, amma yaxın il yarım və ya azacıq daha artıq müddət ərzində – yox. Mənə bu azadlıq xoşdur. Mən qolf oynaya, bara gedib iki parç pivə “gillədə”, məşqçilik edəndə edilməsi mümkünsüz adi işlər görə bilirəm”, deyə Cerrard məmnunluqla vurğulayıb.
Yeri gəlmişkən, fransalı keçmiş hücumçu Tyerri Anri “Liverpul”un əfsanəsi, ingilis keçmiş yarımmüdafiəçi Stiven Cerrardın “Qızıl top”u qazana bilmədiyinə təəssüfləndiyini açıqlayıb:
“2005-ci il Çempionlar Liqasının İstanbuldakı finalından sonra Cerrardın ilin ən yaxşı futbolçusu seçilməməsi biabırçılıq idi. Mənim üçün Cerrard – bütün zamanların ən yaxşı yarımmüdafiəçilərindən biridir”, deyə Anri vurğulayıb.
Xatırladaq ki, futbolçu ikən 1998-2015-ci illərdə “Liverpul”da çıxış etmiş, “qırmızılar”ın əfsanəsinə çevrilmiş Stiven Cerrard butslarını asılqandan asdıqdan sonra, məşqçilik fəaliyyətinə başlayıb. “Liverpul”un U-18/U-19 komandaları il məşqçliliyə başlamış ingilis mütəxəssis sonralar “Reyncers”, “Aston Villa” və Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ını çalışdırıb.
Stiven Cerrard “Reyncers”ə 2020/2021-ci illər mövsümü Şotlandiya çempinatını qazandırıb. Həmin mövsümdə “plüş ayıcıqlar” bir məğlubiyyət belə yaşamadan 102 xalla çempionluğu bayram ediblər ki, bu da öz növbəsində çempionatın rekordu olub.


