İngiltərənin “Aston Villa” klubundan ayrılandan bəri işsiz olan Stiven Cerrard bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq.
Arena.az xəbər verir ki, o, bu ölkənin “Əl-İttifaq” komandasının baş məşqçisi təyin olunub.
Artıq sözügedən ölkəyə yollanan 43 yaşlı mütəxəssis rəsmi müqaviləyə imza atıb. Tərəflər 2 illik (2025-ci ilin 30 iyununa kimi) anlaşıblar.
Xatırladaq ki, Stiven Cerrard 2021-ci ilin noyabr ayından çalışdırdığı “Aston Villa”nı 2022-ci ilin oktyabrında tərk edib. İngilis məşqçi daha öncə Şotlandiyanın “Reyncers” komandasının da baş məşqçisi olub.
“Əl-İttifaq” isə Səudiyyə Ərəbistanı çempionatında geridə qalan mövsümü 37 xalla 7-ci pillədə başa vurub.


