Stuxliklə yeni müqavilə, hakimlər üçün yeni mükafat

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Arena.az xəbər verir ki, toplantıda Hakimlər Komitəsinin sədri Frits Stuxliklə bağlı qərar verilib.

Avstriyalı sabiq referinin sədr vəzifəsində müqavilə müddətinin uzadılması qərara alınıb. Həmçinin Hakimlər Komitəsinin vakant olan yerə üzvü vəzifəsinə Babək Quliyev təsdiq olunub.

Bundan başqa, hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021/22 mövsümündən etibarən təqdim olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: