Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/27 mövsümünün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçının yeri dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt” klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə bu qarşılaşma şəhərin digər stadionunda – “Sumqayıt Arena”da keçiriləcək. Oyunun başlama saatı barədə məlumat verilməyib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu avqustun 16-na təyin olunub.


